DÜNYA 2020.10.15 13:45

Ermənistanda 1 300-dən çox yeni yoluxma qeydə alınıb

25

Ermənistanda koronavirusa yoluxanların sayı 59 995 nəfərə çatıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 371 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 7 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 1 046 nəfər koronavirusdan ölüb, 11 519 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı