DÜNYA 2020.11.09 16:30

Ermənistanda 21 nəfər koronavirusdan öldü

32

Ermənistanda koronavirusa yoluxanların sayı 107 466 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 042 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 21 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 580 nəfər koronavirusdan ölüb, 40 569 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı