CƏMİYYƏT 2020.11.05 15:29

Ermənistanda bahalaşma dalğası genişlənir

34

Uzun müddətdir iqtisadi böhranla üz-üzə qalan Ermənistanda indi də bahalaşma dalğası böyüyür. Azvision.az -ın məlumatına görə, artıq İrəvanda büdcənin, ölkədəki sosial durumun Qarabağ müharibəsinə görə ikiqat zərbə alması aşkar şəkildə etiraf edilir. Bu barədə məlumat yayan erməni mətbuatı son bir ayda iqtisadi göstəricilərin aşağı düşdüyünü, bahalaşmanın sürətlə artdığını qeyd edib.

“Jovoxurd” qəzeti yazır: “Bu ilin oktyabr ayında istehlak bazarında sentyabr ayı ilə müqayisədə 0,5 faiz inflyasiya qeydə alınıb. Bu barədə Ermənistan Statistika Komitəsindən məlumat verilib. Oktyabr ayında sentyabra nisbətən qida və alkoqolsuz içkilərdə 0,8 faiz bahalaşma müşahidə edilib. Statistika Komitəsinin məlumatına görə, əsasən ət, süd məhsulları, tərəvəz, yağ, şəkər və şəkər məhsullarının qiymətləri 9,8 faiz bahalaşıb”.

Erməni nəşri yazıb ki, şəkər və şəkər məhsullarının qiymətinin son bir ayda kəskin yüksəlməsi ciddi siqnaldır. Bundan əlavə, oktyabr ayında süd, pendir və yumurtanın da qiyməti diqqət çəkəcək qədər artıb. İnflyasiya isə ötən ay 1,1 faiz olub:

“Daha çox istehlak edilən yumurtanın qiyməti bir ayda 4,1 faiz artdı. Yeri gəlmişkən, Statistika Komitəsinin hesablamalarına görə, ən çox istehlak edilən ət bazarında da bahalaşma qeydə alınıb. Alkoqol və tütün məhsulları da bu siyahıda öndə gedir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı