DÜNYA 2020.09.20 16:50

Ermənistanda koronavirusa yoluxma halları yenidən artıb

34

Ermənistanda koronavirusa yoluxma halları yenidən artıb. Son 24 saat ərzində daha 277 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 47 min 531-ə çatıb.

Pandemiya qurbanlarının sayı da daha iki nəfər artaraq 930 olub. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 285-dir. Hazırda Ermənistanda 3893 aktiv koronavirus xəstəsi var.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı