DÜNYA 2020.11.10 15:58

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 600 nəfəri keçdi

24

Ermənistanda koronavirusa yoluxanların sayı 108 687 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 221 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 29 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 609 nəfər koronavirusdan ölüb, 49 831 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı