DÜNYA 2020.09.20 05:00

Ermənistanda qadınlar əsgər gedir

63

Bir vaxtlar sülhə çağırışlar edən Nikol Pashinyanın xanımı Anna Akopyan indi müharibə tərəfdarı kimi çıxış edir. ”Sülh göyərçini” ola bilməyən xanım davakar erməni qadını obrazında son dərəcə aqressiv yanaşma sərgiləyir. Ermənistanın “en.armradio.am” saytı yazır ki, məhz onun təşəbbüsü ilə 18-27 yaş arası qadınlar üçün 45 günlük hərbi təlimlər keçiriləcək. Müraciətlər oktyabrın birindən etibarən qəbul olunacaq.

Proqram çərçivəsində iştirakçılar 45 gün ərzində əsgər peşəsinin incəliklərinə yiyələnəcəklər. Kazarmalarda qalan xanımlar əsgərlər kimi təlim keçəcəklər. Tədbir iştirakçılarının gündəlik həyatı Ermənistan Silahlı Qüvvələrində qəbul edilmiş standartlara uyğun olacaq. Qadınlar hərbi hissənin gündəlik cədvəlinə uyğun olaraq fəaliyyət göstərəcəklər. Səhər saat 6:30-da yuxudan qalxan qadınlar gimnastikadan sonra səhər yeməyi yeyəcəklər. Yeməkdən dərhal sonra isə dərslər başlayacaq. Açıq havada keçirilən məşqlərə də xüsusi önəm verilir.

Hərbi hissədə video qeyd xüsusiyyətləri olan mobil telefonların istifadəsi qadağandır.

Proqrama daxil edilməzdən əvvəl iştiraka maraq göstərən xanımlarla danışıqlar aparılacaq. Onlar hərtərəfli tibbi müayinədən və psixoloji testdən keçəcəklər. Fiziki hazırlıq standartlarının yüksək olması önəmlidir.

Təlimin sonunda iştirakçılar imtahandan keçəcəklər. Ən yaxşı nəticə əldə edənlər müqavilə əsasında əsgər olaraq Ermənistan Silahlı Qüvvələrində xidmət etmək imkanı qazanacaqlar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı