CƏMİYYƏT 2021.02.21 14:11

Ermənistanda qiyam təhlükəsi: “Xalq onu dəstəkləyir”

342

Ermənistanda siyasi vəziyyət getdikcə gərginləşir. Müxalifət 44 günlük savaşda məğlub olmuş Baş nazir Nikol Paşinyanın istefasını tələbə edir. Hətta Baş nazirini hərbi çevriliş yolu ilə devriləcəyininə dair ehtmallar da yox deyil. Ermənistanda hakimiyyət çevrilişi baş verərsə, bu, Qarabağda sülhyaratma prosesinə necə təsir göstərəcək? Ermənilər 10 noyabr sazişindən çəkilə bilərmi?

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi, Mübariz Göyüşlü Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistanda baş verənlərin Qarabağ təsiri tədricən aradan qalxır:

“Bunu Rusiyanın icazəsi olmadan edə bilməzlər”

“Qarabağda baş vermiş müharibəyə, ondan sonra aparılan proseslərə, xüsusən də kommunikasiyaların bərpasına yalnız Azərbaycanla-Ermənistan arasında olan, iki dövlətin həll edə biləcəyi məsələ kimi baxmaq düzgün deyil. Hər birimiz yaxşı bilirik ki, Qarabağ problemi geosiyasi, geoiqtisadi məsələyə çevrilmişdi. Ona görə də 30 il idi ki həll edilmirdi. Münasibətlərimizi hərbi yolla aydınlaşdırmaq üçün Rusiyanın bir neçə həftəlik dözüm göstərməsi, müdaxilə etməməsi, açıq-aşkar tərəf tutmaması nəticəsində Azərbaycan 44 günə çox böyük nəticə əldə etdi. Lakin Rusiya 44 günün sonunda dərhal müdaxilə etdi və sülhməramlı adıyla qoşunlarını bölgəyə yeritdi.

Hər birimizə yaxşı məlumdur ki, Ermənistan Rusiyanın forpostudur. Burada baş verən hər bir hadisə Moskvanın icazəsi və məsləhəti ilə gerçəkləşdirilir. Xüsusən hakimiyyət dəyişikliyi Rusiyanın icazəsi olmadan gerçəkləşdirilə bilməz. Köçəryanın Moskvaya səfəri, orada yalvarışla Rusiyadan hakimiyyətə qayıtmağa kömək istəməsi, separatçı Araik Arutunyanın rus dilini Qarabağda rəsmi dil etmək istiqamətində etdiyi provakativ davranışlar, Paşinyanın müharibə zamanı və ondan sonra Rusiyadan kömək üçün yalvarması və s. faktlar bunu sübut edir”.

“Məsələ İrəvanda yox, Moskvada həll olunur”

Siyas şərhçi hesab edir ki, bölgədə hazırkı vəziyyət Rusiya və Türkiyənin Qarabağla bağlı anlaşmasının, Azərbaycanın yürütdüyü çevik siyasətin nəticəsində yaranıb. Bu durumla tərəflər hələlik ki qane olublar. Ermənistanda çevriliş olsa da, olmasa da mövcud status kvonun dəyişəcəyi ağlabatn görünmür. Çünki atılacaq addımlar İrəvanda yox, Moskvada həll olunur. Rusiya isə Türkiyə ilə anlaşmaqla mövcud vəziyyətin belə qalmasını məsləhət görürlər.

Yeri gəlmişkən deyim ki, Ermənistanda və Rusiyada nəyin necə olmasından, hansı dəyişikliklərin baş verməsindən asılı olmayaraq azad edilmiş torpaqların yenidən işğal ediləcəyi, faciələrin, soyqırımların baş verəcəyi mümkünsüzdür. Hazırda müzakirə və mübahisə Xankəndi və ətraf ərazilərdəki durumla, ermənilərin burada hansı statusla yaşayacağı, Ermənistanla əlaqələr və s. ətrafındadır. Əgər Rusiyanın istəyi ilə Ermənistanda çevriliş olarsa, radikal qüvvələr, yaxud onların dəstəklədikləri hakimiyyətə gələrsə yalnız bu mövzuların həlli dalana girə bilər. Ermənistanın yenidən torpaq işğal etməsi mümkünsüzdür”.

“Müxalifət lazımi dəstəyi ala bilmir”

M.Göyüşlünün finkrincə, müxalifət Paşinyandan güclü deyil: “Mövcud vəziyyətin təhlili göstərir ki, İrəvanda etirazlar təşkil edən qüvvələr nə daxildən, nə də xaricdən, xüsusən də Rusiyadan lazımi dəstəyi ala bilmirlər. Daxildən deyərkən xalqın böyük əksəriyyətinin də onları dəstəkləmədiyi görünməkdədir. Səbəb o ola bilər ki, xalq Qarabağ probleminin mövcudluğundan, yeni bir müharibənin olmasından, blokada şəraitində yaşamaqdan və s. bezib. Ona görə də müxalifəti dəstəkləmir və Paşinyanın hakimiyyətdə qalmasını istəyir. Baxmayaraq ki, Paşinyan müharibəni uduzub.

Belə şəraitdə, yəni demokrtaik yolla, seçkiylə hakimiyyəti devirə bilməyəcəyini görən müxalifət qiyam yoluna əl ata bilər. Ermənistan üçün, ermənilər üçün qan tökməklə hakimiyyət dəyişikliyi etmək adi haldır. Lakin bunun üçün də zəmin olmalıdır. Zəmin deyərkən mən xarici dəstəyi, Rusiyanın istəyini nəzərdə tuturam. Belə bir zəmin də hazırkı durumda real görünmür.

Bayaq da qeyd etdiyim kimi bugün üçün mövcud durumun hər kəsi qane etdiyi görünür. Ona görə də Rusiya istəməyincə Ermənistanda qiyamın, çevrilişin baş verəcəyi, Qarabağdakı mövcud situasiyanın aydınlaşdırılması üçün aparılan prosesin dalana dirənəcəyi inandırıcı deyil”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı