DÜNYA 2021.02.23 17:27

Ermənistanda yenə aksiya keçirilir

67

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında parlament aparatının sabiq rəhbəri Ara Saqatelyanın həbsi ilə bağlı etiraz aksiyası keçirilir.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları Saqatelyanın sərbəst buraxılmasını tələb edirlər.

Xatırladaq ki, Saqatelyan və daha 3 nəfər Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onlar “Facebook”da saxta hesablar vasitəsilə baş nazir Nkol Paşinyanı sərt tənqid və təhqir etməkdə ittiham olunur.

Hüquq-mühafizə orqanları müxalifətçilərə qarşı hərbi vəziyyət müddətində senzura qaydalarını pozmaq ittihamını irəli sürüb. Daha sonra Saqatelyan barədə məhkəmə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı