DÜNYA 2020.12.30 15:45

Ermənistandan olan yazıçıların əsərləri Ukraynada çap olunmayacaq

79

Ukraynanın ərazi bütövlüyünü tanımayan ölkələrin yazıçılarının əsərləri bu ölkədə çap olunmayacaq.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “Ədəbiyyat qəzeti” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müvafiq qərar Ukrayna Milli Yazıçılar İttifaqı tərəfindən qəbul edilib.

Qeyd olunub ki, qərar əsasən BMT-də səsvermə zamanı Kiyevin Krımla bağlı mövqeyini dəstəkləməyən ölkələrin yazıçılarını əhatə edəcək. Bura Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Venesuela, İran, Zimbabve, Kamboca, Çin, Şimali Koreya, Kuba, Laos, Myanma, Nikaraqua, Serbiya, Suriya və Sudan daxildir.

Eyni zamanda, adları çəkilən ölkələrin diplomatik nümayəndəlikləri ilə müştərək tədbirlərin (yaradıcılıq gecələri, dəyirmi masalar, konfranslar) keçirilməsinin dayandırılması barədə də qərar qəbul olunub.

Ukraynalı müəlliflərə, o cümlədən Ukrayna Milli Yazıçılar İttifaqının üzvlərinə isə həmin ölkələrin təşəbbüsü ilə keçirilən istənilən tədbirlərdə iştirak etmək qadağan edilib.

O da qeyd olunub ki, istisna hal kimi yalnız klassiklər və açıq şəkildə Ukraynanın mövqeyini dəstəkləyən müasir müəlliflər istisna təşkil edə bilər.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı