Xəbər verildiyi kimi, bu gün saat 16 radələrində Ermənistan silahlı qüvvələri Bərdə rayonunu raket atəşinə tutub.

Trend-in məlumatına görə, hadisə nəticəsində rayonun Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşüb, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.

Həlak olan 16 yaşlı Ş. Rəhimov ailədə 3 qardaş olub. Qardaşlar üçəm olublar. Ş. Rəhimovun ailəsi Laçın rayonundan olan məcburi köçkündür və Bərdə rayonu ərazisində fermadakı tikilidə məskunlaşıbmış.