DÜNYA 2020.10.11 11:41

Ermənistanın Gəncəyə növbəti atəşi Türkiyə mediasında geniş işiqlandırılıb

23

Ermənistanın Gəncəyə növbəti atəşı Türkiyə mediasında geniş işiqlandırılıb. Trend-in malumatına gör, Türkiyənin TRT Haber telekanalı mükli vətəndaşların hədəf alındığı Gəncədən canlı yayım hazırlayıb.

Türkiyənin “Hürriyət” qəzeti mülki Azərbaycan vətəndaşlarına edilən hücum haqqında “Ermenistan`dan kalleş saldırı” başlığı ilə, “Sabah” qəzeti “Ermenistan çocukları vurdu” başlığı ilə xəbərlər paylaşıb.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri bu gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı