DÜNYA 2020.11.03 03:00

Ermənistanın Rusiyaya münasibətdə ritorikası qıcıqlandırmağa başlayır – Rusiya nəşri

66

Rusiyaya münasibətdə “borc”, “öhdəlik” kimi sözlərdən istifadə edən erməni ritorikası artıq qıcıqlandırmağa başlayır.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın “mishen24.ru” nəşrinin məqaləsində deyilir. Məqalədə qeyd olunur ki, həyasızlığın bir neçə növü var, amma son günlərdə ictimaiyyət həyasızlığın indiyədək məlum olmayan növü – erməni həyasızlığı ilə qarşılaşıb. Bunun bariz nümunəsi Ermənistanın Rusiyadan KTMT çərçivəsində öz qoşunlarını Dağlıq Qarabağ münaqişəsinə cəlb etməsi ilə bağlı ardıcıl müraciətləridir. Ermənistan çox gözəl başa düşür ki, hərbi əməliyyatlar öz ərazisində deyil, Azərbaycanın rəsmi şəkildə tanınmış ərazilərində aparılır.

Müəlliflər bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi növbəti dəfə Nikol Paşinyanın müraciətini qəbul etmədi, amma hər kəsə məlumdur ki, bu son müraciət olmayacaq:

“Ermənistanın Rusiyaya münasibətdə “borc”, “öhdəlik” kimi sözlərdən istifadə edən erməni ritorikası artıq qıcıqlandırmağa başlayır. Ermənilərin lokal səviyyədə təbliğatçı aksiyaları da qıcıqlandırır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı