DÜNYA 2020.11.05 12:00

Estoniyada işsizlik səviyyəsi 7 faizdən çox artıb

27

Estoniyada qeydə alınmış işsizlik səviyyəsi artaraq 7,8 faizə yüksəlib. AZƏRTAC Estoniyanın işsizlik üzrə Sığorta Fondunun məlumatına istinadla xəbər verir ki, ölkədə işsizlərin sayı 50487 nəfər təşkil edir, daha dəqiq desək, onların sayı bir həftə ərzində təxminən 500 nəfər artıb.

Bildirilir ki, Estoniyada ən yüksək işsizlik səviyyəsi əvvəlkitək İda-Virumaa əyalətində (12,5 faiz), ən aşağı işsizlik səviyyəsi isə Yıqevamaa (4,9 faiz) bölgəsində qeydə alınıb. Qeyd edilib ki, hazırda İda-Virumaa əyalətində 7609 nəfərdən çox, Yıqevamaa bölgəsində isə 640 nəfər işsizdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı