CƏMİYYƏT 2021.03.01 11:17

Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub

37

Estoniyada koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq olunub.

Martın 1-dən etibarən qapalı məkanlarda tədbirlərin keçirilməsi, dini ayinlər, kino, teatr və konsert tədbirləri qadağan edilir.

Eyni zamanda açıq havada 10 nəfərdən artıq toplanma qadağan olunur. Bu müddət ərzində saunalar, su və spa mərkəzləri fəaliyyəti dayandırır.

Məhdudiyyətlər martın 28-dək davam edəcək.

Qeyd edək ki, Estoniyada bugünədək 65 mindən çox şəxs koronavirusa yoluxub, 589 nəfər ölüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı