CƏMİYYƏT 2020.02.14 17:49

ETSN: Bütün ekoloji layihələrə yalnız ictimai dinləmələrdən sonra rəy verilir

51

Ekoloji rəylərin alınması, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə Gəncə şəhərində keçirilib.

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bildirib.

O qeyd edib ki, Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) istifadəsinə ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış kompleksinin tikinti layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə əlaqədar keçirilən ictimai dinləmədə layihə icraçıları, ictimaiyyət, QHT nümayəndələri və ekspertlərin iştirakı ilə müzakirələr aparılıb, maraqlı tərəflərin fikirləri dinlənilib. Yekun rəy qəbul edilərək tikinti üçün ayrılmış ərazinin 25,7 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulub.

Nazirliyin idarə rəisi onu da bildirib ki, ETSN-yə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən sonra rəy verilir.

İctimai dinləmələr respublikanın digər bölgələrində də keçiriləcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı