ƏSAS SƏHİFƏ

“EV / HOME / ДOM ” Sənədli filminin nümayişi

430

 

Əziz Gənclər!

Sizi 24 oktyabr 2015-ci il tarixində Sumqayıt şəhərində “Sağlam Düşüncə” Gənclər Təşkilatı, “EV / HOME / ДOM ” Sənədli filminin nümayişinə və müzakirəsinə dəvət edirik. Film 15:00-da Sumqayıt şəhərində Reduco Tədris Mərkəzində (İsməq Qayibov küç.211/1) təşkil ediləcək.

Layihə Haqqında:
“Yaşıl Düşüncə” ekoloji maarifləndirmə kampaniyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyatə keçirilir. Kampaniyanın əsas məqsədi Əhalinin ekoloji maarifləndirilməsini gücləndirmək, Gənclər və yeniyetmələr arasında ekoloji məsuliyyətin formalaşdırılmasıdır. Eyni zamanda Kampaniya çərçivəsində gənclər və yeniyetmələr üçün ekoloji problemlərin həllində onların rolundan bəhs edən informasiya sessiyaları, ekoloji problemlərin müzakirəsi üçün məktəblilər arasında debat yarışları, gənclər üçün ekoloji problemləri özündə əks etdirən bədii filmlərin nümayişi və müzakirəsini təşkil ediləcək. Kampaniyanın tərəfdaşları “Təbiət Dostları” Gənclər Təşkilatı, Sumqayıt şəhəri Gənclər və İdman Baş idarəsidir.

Filmin Haqqında:
“HOME” sənədli filmi Dunya şöhrətli fotoqraf Yann Arthus Bertrand və rejissor Luc Besson tərəfində hazırlanıb. Filmin dunya primyerasi 5 iyun 2009-cu ildə təşkil edilib. Çəkiliş qrupu 18 ay ərzində 53 ölkədə olub. Bundan əlavə bir neçə ölkədə məsələn, Çin və Səudiyyə Ərəbistanında hava çəkilişlərinə icazə verilməyib, Hindistanda çəkiliş materiallarının yarısı müsadirə edilib, Argentinada isə Arthus Bertrand və onun köməkçisi 1 həftə həbsdə qalıblar.
Film tam olaraq havadan çəkilmiş kadırlardan ibarətdir və arxa fonda olan səs bütün dünyanı gözləyən ekoloji faciədən danışır.

Filmin çəkiliş prosesi >>> https://goo.gl/hYw51V
Filmin traileri >>> https://goo.gl/ZKCy4Z

Filmin nümayiş dili: Türk (Azərbaycan)
Filmin Nümayiş tairixi : 24.10.2015
Məkan: Reduco Tədris mərkəzi (İsmət Qayibov 211/1, Büllur şadlıq evi ilə üzbəüz.)
Saat: 15:00

Qeyd:
– Filmin nümayişi ödənişsizdir.
– Filmin nümayişindən sonra iştirakçılarla birgə müzakirəsi təşkil ediləcək.

Əlavə məlumat üçün:
“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı
GSM:(+99455) 8237290
E-mail: [email protected]org

12080308_890421527716467_3889532989390053982_o

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı