ƏSAS SƏHİFƏ

“Event Management” Təlim

801

Seminarda
1) Tədbir təşkilatçılığı
2)Təşkilatçılıq zamanı gözlənilən risklər
3)Tədbirin strukturu
4)Harda? Necə? Nə vaxt? işlər görülməlidir.
5) Hansı kütləni əhatə etmelidir

Seminarı
Orxan Hafizoğlu aparacaqdır

Təlimçi haqda qısa məlumat

Orxan Məmmədli (Hafizoğlu) 2006-2010-cu illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakultəsində bakalavr təhsili almışdır.

Təhsilini 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında Gənclər Siyasəti” proqramı üzrə ixtisasartırma kursunda davam etdirmişdir. Universitet illərindən ictimai fəaliyyətə başlayaraq bir çox beynəlxalq və yerli tədbirlərdə istər iştirakçı, istərsə də təlimçi kimi iştirak etmişdir.
2010-cu ildən gənclər sahəsində 20-ə yaxın “Gənclər fəaliyyətdə” proqramlarında (Youth in Action) və digər beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. 2013 və 2014-cü illərdə Azərbaycanı 4-cü Ərəb-Avropa Gənclər Forumunda və Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forumda gənclər sahəsi üzrə ekspert qismində təmsil etmişdir.

Hal-hazırda “İRƏLİ” İctimai Birliyində fəaliyyət göstərir. Azərbaycan Avropa Hərəkatının İdarə Heyətinin üzvüdür.
Karyersına 2008-cı ildə İqtisadi Tədqiqatlar Mərkəzində başlamış, sonralar isə Azərbaycan Gənclərinin Avro-Atlantik Təşkilatında baş katibin köməkçisi vəzifəsində çalışmışdır.

2009-cu ildə Milli Ekoloji Proqnozlaşdırmalar Mərkəzində günəş enerjisi layihəsində layihə assistenti vəzifələrini yerinə yetirmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Gənclər arasında Mübadilə İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənc Təlimçilər Məktəbi” layihəsində Təlimçilər üçün təlim-məşq (ToT) kursunu uğurla bitirərək təlimçi kimi fəaliyyət göstərməyə başlamışdır. Orxan Məmmədlinin keçdiyi təlim modullarına Ünsiyyət bacarıqları, Event Management, Fundraising, Təlimin planlaşdırılması və təşkili, Təqdimat bacarıqları və Çağrı Mərkəzləri üçün Telefonda ünsiyyət bacarıqları daxildir.

2012-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzində proqnozlaşdırma üzrə mütəxəssis və 2013-cü ildən 2014-cü ilin dekabr ayına qədər isə Synergy Group-un üzvü olan “Zəka” Gənclərin İntellektual inkişaf və Yaradıcılıq mərkəzində Sosial media, fandreyzinq və beynəlxalq əlaqələr üzrə müşavir vəzifələrini icra etmişdir.

30 mart saat 12:00

Qeydiyyat üçün “Event Managment” və Ad soyadinizi yazıb aşağıdakı nömrələrə göndərməyiniz yetər.
051 401 41 38
055 715 64 62

Ünvan: Sumqayıt şəh, 12 mkrn-n; “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı- nin ofisi.. Potensial bina,(Okean meiset evinin yani)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı