ƏSAS SƏHİFƏ

Fərdi bacarıqlara heyran qalacaqsınız

727

Hamımıza məlum olan ən güclü kompyuter insan beynidir. Bizim beynimizdə təxminən 100 milyard neyronun 1 kvadrimilyon əlaqələri var. Beynin yaddaş həcmi təxminən 2.5 milyon GB’dır. Müqaisə üçün, dünyada olan ən güclü kompüterə, hansı ki, 82 944 prosessordan ibarətdir, insan beynin bir saniyədə etdiyi aktivliyi təkrarlamaq üçün 40 dəqiqə lazım olub. Bizim beynimiz bizə hansı üstünlükləri verir?

“Pi” rəqəmini yadda saxlamağa görə rekord Çin-dən olan “Chao Li”yə məxsusdur. 20 noyabr 2005-ci ildə “Chao”, “Pi” rəqəmində vergüldən sonra olan 67 890 rəqəmi əzbərdən deyib. Buna 24 saat və 4 dəqiqə vaxt keçib.

“Ramon Campayo”ya çox rekord məxsusdur. O, 17 rəqəmi yarım saniyədə və 46 iki rəqəmli ədədi 1 dəqiqədə yadda saxlaya bilir. 46 iki rəqəmli ədəd belə görsənir: 01 01010101 01010101 01010101 01010101 01010101 01010101 01010101 01010101 01010101 01010101 01010101.

“Daniel Tammet” uşaqlıqdan epillepsiya xəstəliyindən əziyyət çəkirdi, hansıki onun gələcəkdəki duyğularına təsir edə bilərdi. Tammet’ə görə bütün ədədlər formaya və rəngə malikdir. O deyirki, onun şüurundakı hər bir rəqəm rənglərə, formalara və teksturalara malikdir. Onun düşüncəsinə görə 289 – xüsusi ilə eybəcərdi, 333 – olduqca cəlbedici, “Pi” sayısı isə çox gözəl. 6 rəqəminin isə heç bir obrazı yoxdur, Daniel onu balaca bir şey kimi təsvir edir, lakin 9 rəqəmində isə güclü və vahiməli böyük bir şey görür.

“Orlando Serell” – heç bir xüsusi qabiliyyəti yox idi, 15 yanvar 1979-cu ilə qədər. Onun 10 yaşı varikən sol gicgahına beysbol topu dəydi. “Serell” yerə yıxıldı və dərhal qalxıb beysbol oynamağa davam etdi. Onu xəstəxanaya aparmadılar, çünki o bu haqda valideynlərinə heçnə deməmişdi. Bəzi vaxtlar o tez-tez gedib-gələn baş ağrılarından əziyyət çəkirdi. İndi onun 42 yaşı var və o həmin hadisədən sonrakı istənilən günü, havanın necə olduğunu, həmin gün nə işlə məşğul olduğunu çox asan xatırlaya bilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı