ƏSAS SƏHİFƏ

“Fərdi İnkişaf” dərsləri başlayır (Ödənişsiz)

854

“Fərdi İnkişaf” dərsləri başlayır

Oktyabr ayının 3-dən etibarən “Müsəlman Birliyi Hərəkatı”nın  Elm və mədəniyyət şöbəsinin təşkilatçığı ilə “Fərdi İnkişaf” dərsləri başlayacaqdır.

Dərslər şənbə günləri saat 11:00- da keçiriləcəkdir. Təlimçi  sosial psixologiya üzrə araşdırmaçı Vüsal Nadiroğlu olacaqdır. Həmçinin dərslərə mütəmadi mütəxəssis qonaqlar dəvət olunacaqdır. Mövzuyla bağlı maraqlı qısa videoroliklər izləyəcəksiniz.

Təlim maarifləndirici xarakterli olduğu üçün ödənişsiz keçiriləcəkdir.

 

Təlim proqramı:

 

1- Yaşam fəlsəfəsi 

– İnsan rahatlıq sorağındadır

– Abraham Maslovun piramidası

– İnsan xoşbəxliyinin 2 yolu: Düzgün ailə və məqsədin təyin olunması

 

2- Böyük düşünməyin sirri nədədir?

– Niyə insanların çoxu böyük düşünə bilmir?

– Böyük düşünmək bir qrup insana məxsusdurmu?

 

3- Məqsəd nədir ?

– Məqsədə görə insanlar 3 qrupa bölünür

– Dünyada uğurlu insanlar və xüsusiyyətləri

– Dahilərin  həyatından ibrətamiz və maraqlı həyat faktları

– Uğur hekayələrinin təhlili

– İnsan beyninin 2 yarımkürəsi

 

4- Fərdi inkişafda təhsilin rolu

– Təhsil nə dərəcədə mühümdür?

– Uğurlu insanların təhsillərinin müzakirəsi

– Təhsil formaları

 

5- Səhv etmək qorxusu

– Uğurlu insanlar səhv ediblərmi?

– Səhv etməyin faydası və ziyanı

 

6- Məqsədin kəşf olunması

– Həyat məqsədimizi necə təyin etməliyik?

– Əsas 2 amil nəzərə alınır

 

7- Konsantrasiya 

 

– Fikrini cəmləməyin əhəmiyyəti

– Enerjinin bir yerə sərf olunması

 

8- Məqsədə çatmaq

– Məqsədə çatmaqda zaman və məkan

– Məqsədə çatmaqda ortaya çıxan peşə və peşələr

 

9- Düzgün peşənin müəyyən olunması

– İş və peşənin fərqi

– Peşəni müəyyən edərkən təhlil olunmalı olan 5 faktor

 

10- Peşənin təyin olunması üzrə suallar

– Hər bir iştirakçı tərəfindən sualların cavablandırılması

– Nəticələrin təhlili və düzgün peşə üzrə istiqamət vermək

– Sosial – psixoloji test

 

11- İş həyatı

– Peşəmiz üzrə iş axtarmağın üsulları

– Düzgün cv tərtib etmək və müraciətlər

– Müsahibələr

 

12- Məqsədin reallaşdırılması

– Mübarizə ruhunun formalaşdırılması

– Tam məqsədli insanlardan nümunələr

– Məqsəd uğrunda çalışmağın zövqü

– Azad və sərbəst olmaq

 

13- Motivasiya 

– Motivasiyamızı necə artıraq?

– Həvəsdəndüşmə halları normaldırmı?

– Motivasiya nə dərəcədə mühümdür?

 

14- NLP əsasları, beyində uğura çatma, hədəfi vizual görmə 

– Hədəfimizə inamımız nə dərəcədə mühümdür?

– Uğuru təsəvvür etmək lazımdırmı?

– NLP – nin əsasları

 

15- Uğurla bağlı aforizmlər

– Uğurlu insanların fikir və aforizmləri

– Diqqətli təhlil

 

16- Uğur və maddi təminat

– Maddi təminatın insan həyatında rolu və əhəmiyyəti

– Uğurlu insanların maddi rifahı

– Maddi təminat insanı necə motivasiya edir?

 

17- Uğura çatmaqda ailənin dəstəyi

– Valideynlərin insana dəstəyi

– Uğurlu insanların ailə dəstəyi nə dərəcədə olub?

 

18- Evlənməyin uğura təsiri

– Evlənmək nədir?

– Həyat yoldaşın – yarın insana dəstəyi

– Qadın və kişi ayrıca natamamdır. Birlikdə bütövlük təşkil edir.

 

19- Dostların, mühitin uğura təsiri

– Dostlarımızın və mühitimizin bizim uğurumuza təsiri varmı?

– Ünsiyyət qurduğumuz insanların seçimi

 

20 – Xarakterin uğura təsiri

  • Xarakterimizin uğurumuza təsiri varmı?
  • Dahi insanların xarakterlərinə baxış

Seminarlalarda iştirak etmək üçün qeydiyyatdan keçmək mutləqdir.

Qeydiyyat üçün: CV vəya öz haqqınızda məlumatları [email protected]  ünvanına göndərin.

Əlaqə tel: 070 324 23 34

 

Lazımi sənədlər:  Əlaqə nömrələri, şəxsiyyət vəsiqəsinin surəti.

 

Ünvan: Bakı şəhəri, Həsənbəy Zərdabi 78a ( İnşaatçılar metrosunun yaxınlığı, Qələbə meydanından 20 Yanvar istiqamətində DSMF-ni

received_898445693542374

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı