ƏSAS SƏHİFƏ

Facebook-dan hər kəsin gözlədiyi yenilik

526

Dünyanın lider sosial şəbəkəsi olan Facebook bir çoxlarının arzuladığı yeniliyi tətbiq edəcək.
Facebook bu yaxınlarda anonim qeydiyyat tətbiq edəcək. Belə ki, sayta daxil olan şəxsə öz qeydiyyatı ilə yanaşı anonim qeydiyyat da təklif edəcək. Bu yolla Facebook milyonlarla istifadəçisinin şəxsi məlumatlarının başqalarının əlinə keçməsinə imkan verməyəcək. Bu yeniliyin qarşıdakı aylarda istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, anonim qeydiyyat facebook istifadəçilərinin şəxsi məlumatlarını başqa saytların görməsinin qarşısını almaq üçün tətbiq edilir. Çünki bir çox saytlarda qeydiyyatdan keçmək üçün facebook qeydiyyatından istifadə etmək mümkündür. Bu isə bəzi istifadəçiləri narahat edir. Çünki onlar öz məlumatlarının başqa saytlar tərəfindən görünməsini istəmirlər. Facebook-un anonim qeydiyyatı zamanı isə belə bir problem yaşanmayacaq. Bundan başqa, istifadəçilər saytın onlara aid hansı məlumatları görə biləcəyini də tənzimləyə biləcəklər

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı