ƏSAS SƏHİFƏ

FameLab – elmi kommunikasiya üzrə milli istedad yarışması

816

FameLab nədir?

FameLab elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışmasıdır. İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.

FameLab müsabiqəsinin məqsədi nədir?

FameLab müsabiqəsinin məqsədi gənc alimlərə dəstək verməkdir ki, onlar da öz növbələrində geniş kütləni XXI əsrin elmi nəaliyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər. Biz televiziya vasitəsilə elmə aidiyyatı olmayan, tamaşaçı kütləsinə öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan Azərbaycan elminin yeni simalarının axtarışındayıq.

Mənim seçilməyə hüququm varmı?

Seçimdə sizə münsiflər heyətini elmi cəhətdən dəqiq, əyləncəli, orijinal və həmçinin elmə aidiyyatı olmayan dinləyicilərə ünvanlanan çıxış ilə valeh etməyə 3 dəqiqə veriləcək. Siz 18-35 yaş arası olmalı və elm sahəsində işləməlisiniz. Bura həm şəxsi, həm də ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslər daxildir. Müsabiqənin məqsədi elm ilə məşğul olan şəxslərə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaratmaqdır.

Müsabiqəyə necə daxil ola bilərəm?

31 mart 2015-ci il tarixinə kimi qeydiyyat formasını doldurmağınız tələb olunur.

Müsabiqədə nə baş verəcək?

9 – 10 aprel 2015-ci il tarixində keçiriləcək yarım-finalda münsiflər heyətini valeh etmək üçün sizə maksimum 3 dəqiqə veriləcək. Onları geniş dinləyici kütləsinin anlaya biləcək həyacanlandırıcı və mövzuya aid olan çıxışlar maraqlandırır.

Minimum köməkçi vasitələrdən istifadəyə icazə verilir, lakin vaxtın seçilməsinə ya da köməkçinin iştirakına icazə verilmir.
Power Point proqramının istifadəsinə icazə verilmir.
Təqdimat auditoriya qarşısında ediləcək.
Münsiflər heyəti hər təqdimatdan sonra sizə suallar verə biləcək və sizin çıxışınız barəsində fikirlərini bildirəcəklər.
Seçim mərhələsinin nəticəsində 10 nəfər finalçı sonuncu mərhələdə iştirak etməyə dəvət olunacaq.
Finalda sizdən müasir elmi mövzuda və əvvəlki çıxışınızdan fərqli olan 5 dəqiqəlik təqdimat etməyiniz istəniləcək.
Münsiflər heyəti təqdimat barəsində sual verəcək və fikirlərini bildirəcəklər.
Münsiflər heyəti kimlərdir?

Elm dünyasının 4 aparıcı alimi və media nümayəndəsi yarımfinalda və finalda iştirak edəcək. Biz müsabiqəyə yaxın günlərdə onların adlarını açıqlayacağıq.

Mən nə qazanıram?

Yarışda iştirak edən hər kəs sertifikat və əməkdaşımızdan hədiyyə alacaq. 10 finalçı sponsorumuzdan hədiyyə və üstad dərslərində iştirak imkanı qazanacaq. Siz danışıq və təqdim etmə bacarığınızı inkişaf etdirmək üçün alim və media nümayəndələri ilə birgə işləyəcəksiniz.

Münsiflər heyəti tərəfindən seçiləcək finalist 2015-ci ilin iyun ayında Böyük Britaniyada keçiriləcək Çeltenham Elm Festivalında iştirak edəcək. Bundan başqa, o, noutbuk əldə edəcək. Münsiflər heyəti tərəfindən seçiləcək ikinci və üçüncü yerin sahibləri sponsorumuzdan qiymətli hədiyyələr qazanacaq.

Finalda auditoriya mükafatı da mövcuddur.

Qeydiyyat: http://famelab.az/istirak-et/

FameLab Seçilmə Şərtləri

Seçilən iştirakçılar 18-35 yaş arası olmalı, eləcə də, universitet tələbəsi, yaxud elm, mühəndislik və ya riyaziyyat sahəsində işləməlidirlər.

FameLab elmi əlaqələr yaxud elmin təbliği sahəsində daimi işə sahib olan şəxslərin yox, öz işləri haqqında danışmaq istəyən şəxslərin axtarışındadır.

Məsələn, biz bu insanları seçə bilmərik:

  • Mətbuat və ya ictimai əlaqələr sahəsində (hətta elm ilə bağlı təşkilatlarda) çalışan insanları;
  • Elm mövzusunda işləyən incəsənət adamlarını;
  • Yaradıcılığı elm və ya mühəndisliklə bağlı olan incəsənət adamlarını;
  • Elm muzeyi və ya mərkəzində bir-başa xalq kütləsi ilə işləyən işçiləri;
  • Jurnalist və yaxud informasiya yayımı xidməti sahəsində (əsas və ya yeganə işləri kimi) işləyən şəxsləri;
  • İxtisaslaşmamış məktəb müəllimlərini;
  • Həmçinin ictimai elm sahəsinə cəlb olunmuş insanları.

Yuxarıda göstərilən fəaliyyətlər müvəqqəti xarakter daşıdığı hallarda və həmin şəxslər yaxın gələcəkdə elm və mühəndislik sahəsində tədqiqat aparmağı, yaxud işləməyi planlaşdırırlarsa, o zaman iştirak edə bilərlər.

Aşağıda qeyd olunan şəxslər iştirak edə bilərlər:

  • Elmi dərəcəsi olan elm xadimləri, o cümlədən elm, mühəndislik, yaxud riyaziyyat sahəsində mühazirəçilər
  • Artıq mövcud olan tədqiqat və ya meta-tədqiqatla məşğul olan tədqiqatçılar;
  • Tətbiqi elm, texnologiya və riyaziyyat sahəsində çalışan insanlar – məsələn, patent üzrə mütəxəssislər, statistika mütəxəssisləri, kompüter mütəxəssisləri, sənaye sahəsində məsləhətçilər və s.;
  • Universitetdə elm, riyaziyyat və mühəndislik sahəsində oxuyan və yaşı 18-dən yuxarı olan tələbələr;
  • Elm, mühəndislik və riyaziyyatı silahlı qüvvələrdə və hakimiyyət orqanlarında tətbiq edən insanlar;
  • Elm, mühəndislik və riyaziyyatı sənaye və iş sahəsinə tətbiq edən şəxslər.

Qərar qəbul etməkdə tərəddüd etdiyiniz halda bizimlə əlaqə saxlamanız xahiş olunur.

Əlaqə: http://famelab.az/elaqe/

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı