CƏMİYYƏT 2019.11.08 09:34

“Faşistlərin” Ə(ə)li ilə ittifaq(ı)…

268

Vaxtiləonları belə təsvir eləmişdi əməllərindən dolayı: “Bunlar faşistdirlər”.  Keçmiş məhbus, keçmiş səhiyyə naziri, Azərbaycanınmilyonlarını taladığı üçün uzunmüddətli həbs cəzasından sonra artıq azadlığa buraxılanƏli İnsanov indi özünə müxalifətçi, islahatçı, yenilikçi, demokrat deyir. Özü də“faşistlərlə” bir masada oturaraq. Həm də onu deyir ki, ölkədə söz və mətbuatazadlığına meydan verilmir. Halbuki zamanında söz və mətbuat azadlığına qarşıolanların, jurnalistləri döydürənlərin, təhqir edənlərin, üstünə hücüm çəkənlərinən öndəgedəni  məhz o idi. Yeri gəlmişkən,illər öncə üstünə hücum çəkdiyi jurnalistlərdən biri,  bu günlərdə Azərbaycan Prezidenti tərəfindənfəxri adla təltif olundu. Maraqlıdır, kimdir diktator, kimdir demokrat?! Kimdirmedianı “boğan”, kimdir ona “yeni nəfəs” verilməsindən yana olan.

Qayıdaqona ki, Əli İnsanov başına kimləri cəm elədi? Və ya kimin başına cəm olanlardanbiri də Əli İnsanov oldu? Hələlik heç kim bu mürəkkəb suallara cavab verəbilmir. Amma nəyindənsə dolayı müxaliflər, çox dar heyətdə Əli İnsanovu MusavatPartiyasının ofisində ağırladılar. Bir az mövzuya şərtilik gətirsən, görüşə“faşistlərlə” sabiq məhbusun, nazirin görüşü də demək olar.

Dəyirmi masa adlandırdıqları toplantıda hər kəs vardı. İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Pənah Hüseyn və sairlər. Özləri kimi izdivacları da qeyri-səmimi, ədavət elementləri ilə dolu.

Məmurlarınyaş həddinə görə dövlətə irad tuturdular, baxırsan qoca adamı masabaşı eləyiblər.

Dövlətgənc kadrları yerləşdirmir deyə hücum edirdilər, öz partiyalarında  gənc kadrlar arasında mübahisələr mövcuddureyni mövzuda.

Komandadaxilimünaqişələrdə suçlayırdılar siyasi hakimiyyəti. Özlərinin “belindən gələn”söyüş müxalifəti “atalarının” üzünə ağ olub indi.  Yəni noyabrın ikisinə təyin olunan mitinqin təxirəsalınmasından sonra Əli Kərimli və Milli Şurada cəm olan hər kəs söyüş hədəfidir.Yəni buna öz qazdığı quyuya özü düşmək də demək mümükündür.

İndigələk sabiq nazirə. Əli İnsanov o adamdır ki, hələ vəzifədə olduğu dönəmdə Azərbaycansəhiyyəsinin başına daş salmaqdan başqa nəsə eləmədi. Azərbaycan səhiyyəsindəetdiyi yenilik birdəfəlik şprislərin qaynadılıb təkrar istifadəyə verilməsindənibarət oldu. Hələ Azərbaycan səhiyyəsi hesabına topladığı varidatı, sərvətidillə ifadə eləmək mümkün deyil. Qaldı onun qəfildən demokratiya hərisi olmasıməsələsinə, qısaca belə demək olar. Yeməklə doymayan, yalamaqla doymaz Əliİnsanov. Hələ “faşist”liyinə əmin olduqlarınla bir masada oturmusansa olmaz. Səninkiözünü təmizə çıxarmaq hikkəsidir. İtirdiklərini qorxudaraq, hədələyərək geri istəməkdir.Xarici dövlətlərin kəşfiyyatına satılmış radikallardan qisas müxalifətiformalaşdırmaqdır hədəfin. Bu gedişlə ki, onlar gedir, yəni həm səfirlikləriqapı-qapı dolaşıb qrant yığır, həm də hökumətdəki havadarlarından bəhrələnir, sənçox keçməz kisənin başını açmaqla istəyinə nail olacaqsan. Ancaq hələ  Azərbaycan naminə döyüşmək, mübarizə aparmaq əzmindəolanlar var. O üzdən əməlləriniz ayaq tutar, amma yeriməz. Dəyirimi masanıza gəlincə,o masada əyləşənlər illərdir ona görə müxalifətdədirlər ki, bu onlarınbiznesidir.  Onlar nə millət, nə dövlət dərdiçəkir. İllərdir dövlət, millət dərdi çəkən iki-üç liderin kölgəsində hərləniblər,qazanıblar, indi də sənə yançı olacaqlar, ta ki, kisənin dibi sıyrılana qədər.  Onlar Azərbaycanın əbədi müxalifətidir. Məmləkətə,dövlətə heç bir gələcək vəd etməyən, dövlətini qrantlara satan əbədi müxalifət.Məqsədləri nə demokratiyadır, nə dəyişiklik. Sadəcə qisas almaq istəyənlərlə oynayar, sonra da susarlar. Bu üzdənonların da, sənin də əlində nə dövləti, nə də milləti alət olmağa qoymarıq.

Arzuman Abdulkərimov
Ana Vətən Partiyasının sədr müavini

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı