İDMAN 2020.03.27 07:39

Federasiya klublara 500 milyon avro yardım təklif etdi

28

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqanın koronavirus pandemiyası ilə əlaqədar dayandırılması səbəbindən ciddi pul itkisi ilə üzləşən klublara maliyyə yardımı etməyə hazırdır.

Bu barədə RFEF-in prezidenti Luis Rubiales açıqlama verib.

O, La Liqa rəhbərliyinin istəyi əsasında bu məsələni müzakirə edəcəklərini bildirib: “Biz 500 milyon avro kredit xətti üzərində işləyirik”.

Daha əvvəl Almaniya Bundesliqasında 4 klub ehtiyacı olan digər komandalara 20 milyon avro ayırıb. İngiltərə Premyer Liqası klublarının isə oyunçularından əmək haqlarında 50 faiz endirim xahişi edə biləcəkləri məlum olub.

Sportinfo

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı