İDMAN 2019.09.19 15:03

Federasiyalara üzvlük şəhadətnamələri təqdim edildi

103

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası (ADFA) Abşeron İdman Kompleksinin konfrans salonunda növbəti toplantısını keçirib.

Dialoq.info BAKU.NEWS-a istinadən xəbər verir ki, Federasiya, klub və təşkilat rəhbərlərinin iştirak etdiyi bu Toplantıya ADFA-nın prezidenti Azər Həsənsoy, ADFA vitse prezidenti Fərid Əlizadə və ADFA-nın baş katibi Vasif Namazov rəhbərlik ediblər.

İlk öncə toplantıda iştirak edən təşkilatlar ADFA nın üzvlük şəhadətnamələrini alaraq Assosiasiyanın tam səlahiyyətli üzvü oldular. Belə ki üzv olan Federasiya və təşkilatlar içərisində Azərbaycan Alpaqut Federasiyası, Azərbaycan Vinq çun döyüş sənətti Federasiyası, Azərbaycan Ciu-Citsu Federasiyası, Azərbaycan Uşu Federasiyası, Azərbaycan Muay Tay – TayBoksinq Federasiyası, Gənc Vətənpərvərlər İctimai birliyi, S-1 peşəkar döyüş liqası, “Real Aykido” idman klubu, Kyokuşin Dünya Birliyi Azərbaycan təşkilatı, İTF Taekvon-do Azərbaycan nümayəndəliklərinə Assosiasiyasının üzvülük sertifikatı təqdim olunub.

Sonra tədbirdə ADFA komitələri və onların rəhbərləri ilə gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Nəzarət Təvtiş komitəsinin sədri Ələkbər Abbasov , Texniki işlər üzrə komitə sədri Qələndər Aslanov, Mədəniyyət komitəsinin sədri Muğan Əliyev , Hüquq və Nizam İntizam komitəsinin sədri Araz Abdullasoy və eyni zamanda İdarə heyyətinin üzvləri və Federasiya nümayəndələri Asif Sayadov, Qüdrət Nuriyev, Nuranə Abdllayeva, Fariz Abdullayev, Fəxri Əliyev, Rəşad isayev, Şəhriyar İsayev, Zaur Əsgərov müzakirələrə qoşuldular.

Sonda ADFA-nın prezidenti, Əməkdar İdman xadimi Azər Həsənsoy ADFA qarşısında duran hədəflərdən danışıb. Bu sahədə görüləcək işlərlə bağlı tövsiyyə və tapşırıqlarını verib.

Federasiyalara üzvlük şəhadətnamələri təqdim edildi (FOTOLAR)
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı