CƏMİYYƏT 2020.10.12 18:50

FHN-in xüsusi komissiyası Ermənistanın atəşi nəticəsində Gəncəyə dəymiş ziyanı qiymətləndirir

49

Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasının Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Bunu Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifov jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini diqqətə çatdırıb ki, 31 mənzilli üç bina düşmənin raket atəşi nəticəsində tamamilə dağılıb, dörd bina və bir fərdi ev qəzalı vəziyyətə düşüb. Eyni zamanda, ətrafdakı ticarət obyektlərinə və yaşayış binalarına da müxtəlif dərəcədə ziyan dəyib. Həmin yeddi bina və bir fərdi ev də daxil olmaqla ümumilikdə 95 mənzildə 205 sakin yaşayırdı. Hadisə nəticəsində dağıntılar altından 9 cəsəd və xəsarət almış 17 nəfər çıxarılıb. Ümumilikdə 35 mülki vətəndaşımız müxtəlif dərəcəli xəsarətlər alıb.

“Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin həkim-psixoloq briqadası psixoloji yardım göstərilməsi üçün Gəncə şəhərinə ezam olunub. Paralel olaraq, bu hücum nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə FHN-in xüsusi komissiyası fəaliyyət göstərir. Yerli icra hakimiyyətinin nümayəndələri ilə birlikdə binada yaşayan sakinlərin siyahısı dəqiqləşdirilib və dağıntılar altında heç kimin qalmadığı tam müəyyən olunduqdan sonra axtarış-xilasetmə işləri yekunlaşdırılıb”, – deyə Fövqəladə Hallar nazirinin müavini qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı