Filmlərimiz beynəlxalq festivala gedir

Sentyabrın 17-dən 24-dək Gürcüstanın Batumi şəhərində “International Art-House” XII Beynəlxalq Film Festivalı keçiriləcək.

Festivala gənc rejissor Azər Quliyevin “Pa-pa” qısametrajlı bədii filmi rəsmi dəvət alıb. Həmçinin tələbə Ərturan Nəcəf “Səs” filmi ilə festivala qatılacaq.

Gənc rejissorların filmləri müsabiqə proqramında nümayiş olunacaq. Qeyd edək ki, Azər Quliyevin filmi bundan əvvəl Avrasiya Beynəlxalq Film Festivalının müsabiqə proqramında yer almışdı. Ərturan Nəcəfin “Səs” filmi isə onun diplom işidir.

azertag

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here