Finlandiya 2045-ci il üçün “karbon tarazlığı” yaradan ölkəyə çevrilməyə hazırlaşır

Finlandiya 28 ildən sonra atmosferə atılan karbon qazının miqdarını meşələrin udduğu karbonun həcminə bərabərləşdirməyi planlaşdırır.

Finlandiya bu əsrin ortalarına doğru “karbon tarazlığı”na müvəffəq olmaq üçün artıq 2030-cu ilə qədər parnik qazları tullantılarının miqdarını iki dəfə azaltmalıdır. Bu məqsəd hökumətin sentyabrın 14-də qəbul etdiyi “İqlim cəhətdən ağıllı gündəlik həyata doğru yolda” adlı planda nəzərdə tutulub.

Ehtimal ki, qazıntı şəklində yanacaq tullantı səviyyəsi aşağı olan yeni alternativlərlə əvəzlənəcək. Məsələn, nəqliyyatda və yaşayış yerlərinin isidilməsində bioyanacaqdan fəal istifadə etmək planlaşdırılır.

Hazırda Finlandiyada parnik qazları tullantılarının beşdəbir hissəsi nəqliyyat sektorunun payına düşür.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here