ƏSAS SƏHİFƏ

Fotomüsabiqə: “Ana”

729

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən, Çünki onun xilqətində ayrıca bir füsun var… – Mikayıl Müşfiq Bu ayın mövzusu : “ANA”-dır. İlk, göz açıb gördüyümüz, bizə lay-lay deyən, tərbiyə verən, dünyada əvəz olunmaz ana südü ilə bizləri bəsləyən, şirin yuxusuna haram qatan-Anadır. Ana haqqında çox sözlər demək olar. Onları təsvirdə canlandırmaq həm də fotosənətini sevənlər üçün maraqlı mövzü olduğuna ümid edirik. Hər kəsə uğurlar! Müsabiqənin kordenatoru Xanım Əliyevadır. Müsabiqəyə fotolar [email protected] ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda , uzun tərəfi 1200 px olmalıdır. Hər kəs müsabiqəyə 5-7 foto təqdim edə bilər. Müəlifin öz seçimindən asılı olaraq. Müsabiqəyə fotolar 26 aprel arixinə kimi təqdim olunmalıdır. Hər bir müəllif özü haqda məlumatı (ad,famili, fotonun adı) yerləşdirməlidir. Fotolar yalnız müsabiqə elan olunduğu ayda və həmin ildə cəkilməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində hec bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində realıqdan kənara şıxmamaq şərti ilə redaktə qəbul olunur. Təqdim olunmuş fotolar Facebookda AFB Ayliq Musabiqə səhifəsində yerləşdiriləcək. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmayacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı