CƏMİYYƏT 2020.03.22 18:20

Fövqaladə vəziyyətə hazır olmalıyıq – Partiya sədrinin müavinindən Çağırış

102

Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov vətəndaşlara çağırış edib.

A.Abdulkərimov deyib ki, indiki dönəmdə hər şeyi dövlətin üzərinə yükləmək düzgün deyil.

“Bəs biz özümüz vətəndaş olaraq nə etmişik? Ona görə də hər birimiz bu günlərdə çox ehtiyatlı olmalı, Operativ Qərərgahın təlimatlarına ciddi şəkildə əməl etməliyik. Əgər gələcəkdə fövqaladə vəziyyət elan olunarsa buna da hazır olmalıyıq və fövqaladə vəziyyət rejiminin tələblərinə ciddi şəkildə əməl etməliyik. Artıq bu məsələ milli təhlükəsizlik məsələsidir” – AVP sədrinin müavini qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı