ƏSAS SƏHİFƏ

FRANKOFONİYA 2015

890

FRANKOFONİYA 2015 / 8- 15 MART

Hər il olduğu kimi bu il də, Frankofoniya və fransız dili həftəsini qeyd edirik ! Bu ilki tədbirlərimizə, 8-12 mart tarixlərində keçiriləcək Fransız Qastronomiyası həftəsi də qoşulur.

Bu il, Frankofoniyanın yaranması şahmat turniri ilə başlayaraq, kino, musiqi və s. ilə qeyd edilməyə davam edəcək.

Sizi gözləyən proqram ilə tanış olun :

Bazar günü 8 martdan cümə 13 martadək, hər gün saat 14.00-dan 18.00 arası, Landmark Rotonde (Nizami 90A) : Gənclik şahmat klubu tərəfindən təşkil olunan beynəlxalq şahmat turniri. 50 nəfər gənc iştirakçı (yeniyetmə və uşaq) müxtəlif milliyyətlərdən olan (Hindistan, Fransa, İran, İngiltərə), o cümlədən Gürcüstan və Rusiyadan gələn gənc iştirakçılarla bir turnirdə yarışacaq.

Bazar günü 8 mart saat 14:00, Rotonde zalı (Landmark). Ünvan: Nizami küçəsi 90A.

Turnirin açılış mərasimi.

Turnir bir neçə rəsmi nitq və Musiqi Akademiyasının tələbəsi, gənc müğənni tərəfindən iki fransız klassik musiqisinin ifası ilə təqdim olunacaq.

Həmçinin, Frankofoniyanın iki nəfər gənc iştirakçısı fransız dilində şeirlər deyəcək.

Bazar ertəsi 9 mart saat 18:30. Fransız İnstitutu, Rumıniyanın Azərbaycandakı Səfirliyininin iştirakı ilə rumın filmi “Morgen”in (rumin, fransız və macar birgə istehsalı) nümayişini təqdim edəcək. Nümayişdən əvvəl yüngül qəlyənaltı təklif olunacaq.

Film haqqında əlavə məlumat üçün http://ifa.az/…/sinema/frankofoniya-2015-morgen-9-mart-sa…/…

Cümə axşamı 12 mart saat 18:30, Fransız İnstitutu : Fransız eneoloqu Bruno Keniu tərəfindən təqdim olunan şərab və şərabçılıq haqqında konfrans. Konfransdan sonra yerli şərabların və fransız pendirinin dequstasiyası.

Tədbirdə iştirak etmək üçün yerlərinizi telefon və ya email vasitəsilə rezervasiya etməyiniz xahiş olunur : 012 596 35 80, [email protected]

Yerlər məhduddur. Tələsin!

Tədbir haqqında əlavə məlumat üçün (lien vers l’article de l’évènement sur le site)

Cümə 13 mart saat 18:30, Landmarkın Rotonde zalı. Ünvan: Nizami küç, 90A.

Şahmat turnirinin bağlanış mərasimi:

Rəsmi nitq və qaliblərə möhtəşəm hədiyyələrin verilməsi.

Şənbə 14 mart :

saat 15:00 – IFA :
Belçika səfirliyinin iştirakı ilə, Fransa-Belçika birgə istehsalı « Dəniz yüksələn zaman » adlı filmin nümayişi

Film haqqında əlavə məlumat üçün http://ifa.az/…/frankofoniya-2015-quand-la-mer-monte-14-m…/…

saat 17:00 – IFA :
Fransa, Belçika, Rumıniya, İsveçrə, eləcə də, tərcümə müsabiqəsinin iştirakçıları ilə Frankofoniya həftəsinin bağlanış mərasimi.

Rəsmi nitq və müsabiqənin qaliblərinə hədiyyələrin verilməsi. Əsas qalib Fransaya səyahət qazanacaq !

Nəzərdə digər gözəl hədiyyələr də tutulub…

Mərasim dörd frankofon Səfirliyin təşkil etdiyi bufet-qəlyənaltı ilə davam edəcək.

Bazar 15 mart saat 15.00-da Bakı Cazz Mərkəzində :

Gəlin birlikdə Frankofoniya həftəsinin musiqili bağlanış mərasimində iştirak edək !

Gənc İsveçrəli cazz-pop qrupu « Carrousel »in konserti.

Konsert barədə əlavə məlumat üçün : (lien vers l’article du concert sur le site)

Unutmayın, 8 – 12 mart tarixlərində həm də Fransız Qastronomiyası Həftəsidir !

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı