DÜNYA 2020.10.09 18:12

Fransa mətbuatında işğalçı Ermənistan ordusunun təxribatları ilə bağlı məqalə yayımlanıb

45

Fransa mətbuatında fransız tarixçi-jurnalist Alain Roumestandın müəllifliyi ilə “Son xəbərlər: Azərbaycan-Ermənistan münaqişəsi – əgər obyektiv olsaq” başlıqlı məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Oxucu hər hansı bir məsələ barədə qəti qərar verməzdən əvvəl birtərəfli deyil, tamamilə hərtərəfli məlumatlanmalıdır” cümləsi ilə başlayan məqalədə fransız tarixçi-jurnalist bildirir ki, BMT qətnamələrinə əhəmiyyət vermədən 30 ilə yaxındır ki Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan bu ilin sentyabrın 27-də atdığı 3 raketlə Azərbaycanı müharibəyə təhrik edib.

“Ermənistan münaqişə ərazisi olmayan böyük şəhərləri – hətta paytaxta yaxın əraziləri də ballistik raketlərlə hədəfə alaraq Azərbaycan tərəfini birbaşa Ermənistana hücum etməyə, beləliklə də münaqişənin miqyasını genişləndirməyə çalışır. 1997-ci ildən Fransa, Amerika və Rusiya üçlüyü Minsk qrupunda iki ölkə arasında münaqişənin həllinə cavabdehdir. Məsələyə rəsmi münasibət olaraq neytrallıq nümayiş etdirməlidirlər” fikirləri də məqalədə öz əksini tapıb.

Məqalənin sonunda Ermənistanın avqust ayında Beyrutdakı partlayışdan sonra 150 ailəni işğal olunmuş ərazilərdə yerləşdirdiyi, iyulda Tovuz hadisələrindən sonra Ermənistanın İraqdakı səfirinin PKK ilə danışıqlar apardığı, döyüşçüləri İran üzərindən Ermənistana göndərdiyi və digər bu kimi məsələlərə də toxunulur.

Məqalənin tam mətni bu linkdə:

https://www.agoravox.fr/actualites/international/article/breaking-news-conflit-azerbaidjan-227575

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı