CƏMİYYƏT

Fransa portalı Türkiyənin ölkəmizdəki təlimindən yazdı

Fransanın “Opex360.com” portalında “Ermənistanla gərginlik: T-129 türk hücum helikopteri Azərbaycanda hərbi təlimlərdə” mövzusunda məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Aprel döyüşləri, eləcə də cari il iyulun 12-də Tovuz rayonu istiqamətində düşmənin son təxribatları haqqında məlumat verilib. Bildirilib ki, son döyüşlər Azərbaycan üçün olduqca həssas bölgədə – Bakı-Tbilisi-Ceyhan boru, eləcə də qaz kəmərlərinin keçdiyi ərazi istiqamətində baş verib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edən müəllif Türkiyənin “T-129” hücum tipli helikopterlərinin iyulun 29-dan avqustun 10-a qədər Naxçıvanda davam edəcək hərbi təlimlərə qoşulduğunu vurğulayıb. Ermənistanın bu təlimlərdən narahat olduğu xüsusi qeyd edilib.

Türkiyə və Rusiya prezidentlərinin münaqişənin sülh yolu ilə tənzimlənməsi və regionda sabitliyin bərqərar olması üçün səylərin əlaqələndirilməsinin vacibliyini vurğulamaları da məqalədə əksini tapıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı