Futbol üzrə Azərbaycan Premyer Liqasında “Qarabağ” komandası “Kəpəz”i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında “Qarabağ” komandası “Kəpəz”i məğlub edib.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kəpəz”i qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Topları 34-cü dəqiqədə Coşqun Diniyev, 80-ci dəqiqədə isə Dani Kintana qapıdan keçirib.

Matçda Türkiyənin “Trabzonspor” komandasından icarəyə götürülmüş Ramil Şeydayev Azərbaycan Premyer Liqasında debüt edib.

Qeyd edək ki, bu qələbə sayəsində “Qarabağ” xallarını 12-yə çatdırsa da, turnir cədvəlində ikinci pillədə möhkəmlənib. Lakin Ağdam komandasının ehtiyatda bir oyunu var. Bir xalı olan “Kəpəz” isə “Neftçi” ilə 7-8-ci yerləri bölüşür.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here