CƏMİYYƏT 2020.10.18 03:00

Füzuli cəbhəsindən son xəbər – Ordumuz Gəncənin qisası almaqda davam edir

80

Azərbaycan Ordusu Gəncə terrorunun qisasını almaqda davam edir.

“Yeni Müsavat” qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, Ordumuz düşmən mövqelərini məhv edir.

Bu dəqiqələrdə də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin mövqelərini Füzuli və Cəbrayıl istiqamətindən atəşə tutur.

Ermənilərin Gəncəni atəşə tutması və 13 dinc sakinin ölümünə, 45-dən çox şəxsin yaralanmasına səbəb olan terrorun qisası alınır.

Ordumuz işğaldan azad edilmiş Füzuli və Cəbrayıl istiqamətlərində möhkəmlənməklə yanaşı, əks-hücum əməliyyatlarına da ara vermir. Bir neçə saatdır davam edən şiddətli döyüşlərdə düşmənin onlarla ağır texnikası sıradan çıxarılıb.

Erməni postları dağıdılıb, yüzlərlə canlı qüvvə məhv edilib.

Saat 19:00-a olan son məlumata görə, əməliyyatlar eyni sürətlə davam edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı