CƏMİYYƏT 2020.10.11 09:39

Füzulidə “TOÇKA-U” taktiki raketi aşkarlanıb

23

Oktyabrın 10-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd bombacıq daşıyan 9M525 raketi aşkar olunub.

ANAMA-dan bildirilib ki, aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqları var. Bu bombacıqlar “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinfinə daxildir.

Həmçinin qeyd olunan tarixdə Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış “TOÇKA-U” taktiki raketi (9M79M) aşkar olunub.

Agentlik tərəfindən sentyabr 27-dən oktyabrın 9-dək 433 siqnal (əməliyyat çağırışı) əsasında 395 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 79 ədəd partlamamış hərbi sursat (PHS), 863 ədəd bombacıq, 1180 ədəd müxtəlif çaplı patronlar, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 2 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 109 ədəd partlamış raket hissələri aşkar olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı