ƏSAS SƏHİFƏ

“Gələcəyə Körpü” GİB-nin Baş Katibi “Gənclərin mübadilə və anlaşması” (YEU) şəbəkəsinin Ümumi Yığıncağında iştirak edir

714

28- noyabr 1-dekabr tarixlərində Belçikanın Brugge şəhərində “Gənclərin Mübadilə və Anlaşması” (YEU) şəbəkəsinin 2014-cü il üçün İdarə heyətinin “Ümumi yığıncağı” keçirilir. Yığıncaqda 2013-2014-cü illər üzrə şəbəkənin İdarə heyətinin üzvü, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Baş Katibi Seymur Vəliyev də iştirak edir.

Ümumi yığıncağın təşkilində məqsəd idarə heyətinə yeni üzvlərin seçilməsi, 2014-cü il üçün təşkilatın və idarə heyətin hesabatını dinləmək, növbəti il üçün strateji və iş planının təqdim olunmasıdı.

Qeyd edək ki, hər il üzv təşkilatların nümayəndələrinin iştirakı ilə Baş Assambleya keçirilir. Bu İdarə Heyəti seçkiləri üçün məsul orqandır. İdarə heyəti ümumi planlaşdırma, idarəetmə və şəbəkənin strategiyasının müəyyən edilməsinə görə məsuliyyət daşıyır. Ümumilikdə idarə heyyəti 5 üzvdən ibarət olur və hər iki ildən bir keçirilən ümumi yığıncaq vasitəsilə təyin edilir.

Gənclərin Anlaşması və Mübadiləsi (Youth for Exchange and Understanding -YEU) şəbəkəsi 1986-ci ildə 11 müxtəlif ölkənin 120-dən artıq gəncindən ibarət qrup tərəfindən yaradılıb. Təşkilatın Avropa və Afrika daxil olmaqla 30-dan çox ölkədə könüllüləri, üzvləri o cümlədən əməkdaşlıqları var.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı