ƏSAS SƏHİFƏ

Gələn il dörd qeyri-adi hadisə olacaq

678
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, 2016-cı ildə 4 tutulma hadisəsi – 2 Ay, 2 Günəş tutulması baş verəcək.

İlk Ay tutulması martın 23-də, növbəti Ay tutulması isə sentyabrın 16-da olacaq. Hər iki hadisə zəif kölgə daxilində olduğuna görə adi gözlə görünməyəcək.
Gələn il ilk Günəş tutulması martın 9-na təsadüf edəcək. Növbəti Günəş tutulması isə sentyabrın 1-də baş verəcək.
X. Mikayılov qeyd edib ki, gələn il qeydə alınacaq 2 Ay, 2 Günəş tutulmasının heç biri Azərbaycandan müşahidə edilməyəcək.

Mənbə; APA
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı