ƏSAS SƏHİFƏ

“Gəncə 2016-Avropa Gənclər Paytaxtı: Gələcəyə Baxış” Forumu

758

Hörmətli gənclər təşkilatları və üzvləri,

Sizi, 08 aprel 2015-ci il tarixində “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı”na dəstək məqsədi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncə 2016-Avropa Gənclər Paytaxtı: Gələcəyə Baxış” Forumunun Bakıda baş tutacaq hissəsində iştirak etməyə dəvət edirik.

Layihənin məqsədi Avropa Gənclər Paytaxtları seçilmiş ölkələrdən – Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılması, “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər üzrə fəaliyyət planının təqdim edilməsi, yerli və xarici gənclər təşkilatları arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən ibarətdir.

Bildiyiniz kimi, Avropa Gəclər Forumu tərəfindən 2009-cu ildən etibarən hər il bir Avropa şəhərinə “Avropa Gənclər Paytaxtı” statusu verilir. 10 aprel 2013-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilmiş tədbirdə Gəncə şəhəri 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” elan olunmuşdur.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzuları əhatə edən sessiyalar keçiriləcək, “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” çərçivəsində görülmüş və görüləcək işlər müzakirə olunacaq. Həmçinin tədbirdə Avropa Gənclər Paytaxtları nümayəndələrinin, eyni zamanda, yerli gənclər təşkilatlarnın tövsiyə və təklifləri dinləniləcəkdir.

Avropa Gənclər Forumunun nümayəndələrinin, “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” Təşkilat Komitəsinin, 2009-cu ildən etibarən Avropa Gənclər paytaxtı seçilmiş Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya Gənclər Təşkilatlarının rəhbər nümayəndələrinin, Gəncə şəhərində yerləşən gənclər təşkilatları və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan təşkilatların təmsilçilərinin forumda iştirakı gözlənilir.

Tədbirdə iştirak: 5 aprel 2015-ci il saat 15:00–dək aşağıda yerləşdirilən qeydiyyat formasını dolduraraq tədbirdə iştirak edə bilərsiz.

Məkan: Gənclər Evi (ARGTMŞ-ın ofisi)

Daha ətraflı: goo.gl/TuA8Qg

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı