ƏSAS SƏHİFƏ

Gəncədə “EcoMan” adlı layihə keçiriləcək

642

“İnkişaf Zamanı” proqramı çərçivəsində ətraf mühitin həddindən artıq çirklənməsi və insanların buna laqeydliliyi mövzusunda “EcoMan” adlı layihənin icrasına başlanılır.

Layihənin əsas məqsədi –Gəncə şəhərində yaşayan, 15-29 yaş arası seçilmiş 20 gənc arasında ətrafı təmizləmək mövzusunda strereotipləri azaltmaqla onların ekoloji təmizlik haqqında biliklərinin artırmaq yolu ilə sağlam həyatı təbliğ etməkdir. Layihə seminar və təmizlik aksiyası olmaqla iki hissədən ibarət olacaq.

Layihə Gəncə şəhərində ” Odlar Yurdu” Gənclər İctimai Birliyinin ofisində saat 10:30 keçiriləcək. Əgər siz də “EcoMan” layihəsinin iştirakçısı olmaq istəyirsinizsə aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz. Son qeydiyyat tarixi: 23.09.2015

Təlimdə yarışma keçiriləcək və qalib olan şəxs bizimlə düşərgədə bir günlük təlimçi kimi özünü sınayacaq.

Təlim: Ödənişsizdir Nahar və Kofe fasiləsi ilə birgə

https://docs.google.com/forms/d/1GXWE9gzEnDEnm185w8g2Ob7NiGoKKAq4YZjdGCkoR3E/viewform

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı