CƏMİYYƏT 2020.10.17 11:45

“Gəncəyə hücum cinayətdir və mən bunu pisləyirəm” – Metyu Brayza

29

Ermənistan ordusunun Gəncəyə hücumunu pisləyirəm. Bu, cinayətdir. Bu sözləri Azvision.az -a açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza deyib.

O bildirib ki, mülki insanlara, mülki obyektlərə hücum beynəlxlaq normalara ziddir və onların pozulmasıdır.

Sabiq diplomatın sözlərinə görə, Gəncəyə hücum onu göstərir ki, Ermənistan müharibəni udmayacağına əmindir: “Lakin, mülki insanlara hücum etmək yolverilməzdir. Bunu etmək olmaz”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı