ƏSAS SƏHİFƏ

“Gənc Jurnalistlərin Etik prinsipləri” adlı yeni layihəyə start verilir

737

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 2015-ci il, aprel ayında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Jurnalistlərin Etik prinsipləri” adlı yeni layihəyə start verir.

GSR.fm xəbər verir ki, AGAT yüksək reytinqə və ən çox oxunan saytların gənc jurnalistlərinə yeni mediadan istifadə, jurnalist etikası və dolğun xəbər məlumatın hazırlanması üçün 12 günlük 40 nəfərdən (hər qrupda 20 nəfər olmaqla) ibarət təlimlər keçirtməyi planlaşdırır. Keçirilən layihə üçün ekspertlər Azərbaycanda ilk yaradılan Etika Akademiyası tərəfindən təqdim ediləcəkdir.

Ekspertlər tərəfindən aparılan təlimlər internetdə kommunikasiya mədəniyyəti və gənc jurnalistlərin etik prinsipləri gözləyərək peşəkarlıqlarının daha da artırılmasına kömək edəcəkdir.

Proqrama qəbul seçim əsnasında baş verəcəkdir. Müəyyən təcrübəsi, yaşı 18-19 arası olan gənc jurnalistlər “Gənc Jurnalistlərin Etik prinsipləri” layihəsində 12.04.2015, 18:00-a qədər [email protected] ünvanına CV-lərini göndərməklə müraciət edə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı