“Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” təlimi

“Azəri Gənclər Alyansı” İctimai Birliyi “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” layihəsini həyata keçirir.

Layihə çərçivəsində nəzərdə tutulan 3 günlük “Qış Məktəbi” təlimlərinin mart ayının 13, 14 və 15-də, Quba rayonunda keçirilməsi nəzərdə tutulur.

“Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” təlimlərində Azərbaycanın bir sıra tanınmış jurnalistlərinin ekspert qismundə iştirakı planlaşdırılır.
Qeydə edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunur.

“Qış Məktəbi” təlimlərində iştirak etmək istəyən gənc jurnalistlərə öz CV-lərini mart ayının 8-dək “Azəri Gənclər Alyansı” İctimai Birliyinin [email protected] internet ünvanına göndərmələri töfsiyyə olunur.