ƏSAS SƏHİFƏ

“Gənc rəssamların tanıtım sərgisi ” layihəsi

663

“Gənc rəssamların tanıtım sərgisi ” layihəsi çərçivəsində tədbir keçiriləcək

13-14 iyul 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-ci qrant müsabiqəsində qalib olan “Gənc rəssamların tanıtım sərgisi ” layihəsi çərçivəsində gənc istedadlı cavan rəssamların sərgisi keçiriləcək. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin Məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının incəsənətin inkişafına təkan vermək, gənc istedadlı rəssamların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yaradıcı insanlarla o cümlədən proffesional rəssamlar ilə əlaqələririnin yaradılması və möhkəmlənməsi, bu gənclərin sənətlərə olan marağın beynəlxalq arenaya cıxarılması, gələcəkdə Azərbaycanı təmsil etmək üçün potensial incəsənət xadimlərinin üzə çıxarılmasından ibarətdir.
Sərgidə rəssamlıq istedadı olan (bura həm rəssamlıq təhsili olan, həm də həvəskar rəssamlar aiddir.) gənclər arasında keçiriləcək. Müxtəlif mövzu və materiallardan hazırlanmış müasir incəsənət əsərləri nümayiş olunacaqdır. Yəni rəssamların çəkidikləri öz istəhklərinə uyğun olacaq.
Layihə 2 gün çəkəcək.
Sərgidə 50 rəssam iştirak edəcək.

Diqqət! Qeydiyyat hələ də davam edir.
Müraciət etmək istəyənlər [email protected] adresinə öz çəkdikləri şəkillərdən ən azı birini yollamalıdır(şəkil yollayarkən, ad, soyadınızı və əlaqə telefonu yazılmaldır.) İştirakınızı (Layihəyə qəbul olunamağınızı) mail vasitəsilə təsdiq olunduğunu biləssiz.
Qeydiyyat üçün son vaxt: 11 iyul saat 23:59

Sonra gənclərin əsərləri toplanacaq və juri ( profesional və tanınmış rəssamlar və təşkilat heyəti) tərəfindən qiymətləndirəcək və seçilmiş qaliblərin əsərləri sərgilənəcək, 50 iştirakçının hamısına diplomlar veriləcək. Əsas 10 qalibə isə diplomdan əlavə hədiyyələr də veriləcək.

Şəkillərin sayı ən azı 2, ən çoxu isə 5 olmalıdır.

Əlaqə telefonları: +994 50 461-11-93
+994 50 722-22-71

Ünvan: Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey – Sərgi Kompleksi
Azərbaycan, Bakı şəhəri, Heydər Əliyev prospekti 24
Əlaqə: ( +99412) 566 56 69

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı