Gənc Riyaziyyatçılar Məktəbi müsabiqə keçirəcək

Gənc Riyaziyyatçılar Məktəbinə dinləyicilərin cəlb edilməsi üçün oktyabr ayında müxtəlif yaş qrupları üzrə (IV-V, VI-VII, VIII-IX, X-XI siniflər) müsabiqələr keçiriləcək. Əsas məqsəd məktəblilərdə riyaziyyata marağın artırılması, xüsusi istedadlı şagirdlərin üzə çıxarılması, onların riyazi və elmi bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

Müsabiqə haqqında əlavə məlumat AMEA Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) www.imm.az veb saytında yerləşdiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayından başlayaraq institutda Gənc Riyaziyyatçılar Məktəbi fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamları RMİ-nin mütəxəssisləri məktəblilər və müəllimlər üçün elementar riyaziyyatın əlavə fəsilləri və mövzuları üzrə müxtəlif mühazirələr oxuyub, seminarlar keçiblər.

science.gov.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here