“Gənc Sahibkarlar üçün ASAN xidmətlər” adlı seminar və məlumat turu

Vaxt: 14.03.2015
Elandakı məlumatın adı: “Gənc Sahibkarlar üçün ASAN xidmətlər”
Məkan: 1 saylı Bakı “ASAN xidmət” mərkəzi, Həsən Əliyev, 36, Nərimanov
Vəzifə və məqsəd: Seminar çərçivəsində iştirakçılar ASAN tərəfindən kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyat proseduru haqqında ətraflı məlumat əldə edəcək, sahibkarlıq fəaliyyəti ilə bağlı olan cari dövlət rüsumları və vergiləri ilə tanış olacaqlar. Həmçinin iştirakçılar əhaliyə, xüsusilə sahibkarlara göstərilən xidmətlərin qaydası ilə tanış ola biləcəklər.
Elan:
Hörmətli gənclər və gənc sahibkarlar,
Sizi 14 mart 2015-ci il tarixi saat 12:00-da, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutacaq “Gənc Sahibkarlar üçün ASAN xidmətlər” adlı seminar və məlumat turuna dəvət edirik.
Tədbir DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi),“Coca-Cola” şirkəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Youth Inc. Proqramı çərçivəsində ASAN Könüllülər Gənclər Təşkilatının təşkilatçılığı və dəstəyi ilə həyata keçiriləcək. Tədbir çərçivəsində gənclər hüquqi şəxslər və fərdi sahibkarlara cari bank hesabının açılması, fiziki şəxslərin sahibkarlıq uçotuna alınması, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması, dövlət rüsumları, ASAN imza, Mobil imza kimi ASAN xidmətlər üzrə məlumatlandırılacaqlar. Tədbir 2 hissədən ibarət olacaq: 2 saat- seminar, yarım saat- informasiya turu.
Seminarda iştirakçı olaraq 18- 35 yaş arası sahibkarlıq fəaliyyəti ilə məşğul olan ya da gələcəkdə biznes sahəsində işləmək arzusunda olan şəxslər dəvət olunurlar. Tədbirdə iştirak üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur. Tədbir iştirakçıları anket sorğusunun göstəricilərinə görə seçiləcəklər.
Son qeydiyyat tarixi: 10 mart 2015-ci il, saat 24:00

https://docs.google.com/forms/d/13VgWhmgxZ_p4YiXXAsddDK1UFxNYdZJcEPfBRZOc7wI/edit

Əlaqələndirici şəxs: Günay Əzizova
Mobil tel: 0505814060
E-mail: [email protected]
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H