ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Ata”

2.4K

Müəllif: Nicat Babaşov

“Ata”

Düşünmə sevmirəm, çıxmısan yaddan,
Qədrini az bildim ya da, anamdan,
Sənin varlığındır məni yaşadan.
Tanrı da olmasan, ucasan ata,
Nə yaxşı gəlmisən, sən bu həyata.

Uşaqkən səhv etdim, keçdin səhvimdən,
Bezdirdim, yenə də bezmədin məndən,
Ayları, illəri yedim ömründən.
Tanrı da olmasan, ucasan ata,
Nə yaxşı gəlmisən, sən bu həyata.

Sən böyük bir dağsan, mən sənin kölgən,
Sən xoşbəxt anlarsan, mənsə sevinən,
Sən mənə verilən böyük vergisən.
Tanrı da olmasan, ucasan ata,
Nə yaxşı gəlmisən, sən bu həyata.

Yaş gəlir yaş üstə, qocalırsan sən,
Rahat ol nə qədər ömür sürərkən,
Adını həmişə ucaldacam mən.
Tanrı da olmasan, ucasan ata,
Nə yaxşı gəlmisən, sən bu həyata…



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı