Müəllif: Aytac Pələngli
Bakıya yağış yağır…
Bakıya yağış yağır… Damlalar hər tərəfi isladır… Payız… Əfsuslar olsun ki, bir çoxumuz bu fəsli sevmirik. Belə bir deyim var – “Kim hansı fəsildə anadan olarsa, onu daha çox sevər”, mən bununla razılaşmıram. Nə olsun ki, özüm də payızda doğulmuşam. Başqa bir fəsildə doğulsaydım da, yenə də payızı sevərdim…
Əslində Bakıya payız yaraşmır… Əgər kanalizasiya lyukları işləmirsə, yağış yağarkən küçələrdən keçmək mümkün olmursa, bu payızın günahı deyil ki…
Heç düşünmüsünüzmü yağışın altında rəqs etmək və yaxud mahnı oxumaq? Pəncərədən yağmura baxıb xəyala dalmaq, sanki, bir anlığa buludların üzərində gəzib, arzulara çatmağa bənzəyir… Yağışın damlaları yuyub aparır günahları… Hələ üstəlik də nəfəsimizin pəncərədə yaratdığı buxar… O, bizi xəyallarımızdan alar, aparar…
Bakıya yağış yağırdı… Lakin damlalar mənə toxunmurdu…
Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook və Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.
