ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “BİRİNƏ BAĞLI QALMAQ”

1.4K

Müəllif: Allahverdiyeva Lamiyə

BİRİNƏ BAĞLI QALMAQ..

Birinə bağlı qalmaq onun yoxluğunu qebul etməməkdir. Birinə bağlı qalmaq onsuz yasananların yalan onunla yasanacağını sandığın xəyalların gerçək olduğunu sanmaqdır. Birinə bağlı qalmaq özünü unutmaq o olmaqdır.. İçində onu yaşatmaq, onun gülüşü sənin gülüşün baxışı sənin baxışın hərəkətləri sənin hərəkətlərin. Sanki ölmüş kimi ama ruhu sənin bədənində həbs olmuş. İki ruhlu bir bədən. Gəcələr səninlə danışır: güldürür, ağladır əsəbləsdirir bəzən.. Gözlərinin önüne hər gəlişində qucaqlamaq için için ağlamaq onun bədənini öz bədəninə bənd edib əbədiyyən qopmamaq.. İçin yanır. Gözlərin özünə olan qəzəbindən ah çekir. Nə fayda axı nə fayda. Onu gətirə bəyməyəcəksə bu göz yaşları niyə axır boşuna? Yenə də özümü düşünürəm yoxsa? Ruhumun rahatlıq tapması üçün içimdəki əzabı göz yaslarımla dindirirəm bəlke.. Sonra özümə gələcəm hərşey qaldı geridə irəli bax deyecəm. Bu qədər asandır yəni? Hər göz yaşından sonra özümü təskin etməklə mən güclü olduğumu kimə göstərirəm özümə? Özümə hörmətim itməsin deyə edirəm bunu..? Elədir.. Özümü çox sevirəm onu sevdiyimdən də çox.. Axı mən hələdə yaşayıram ölməmemişəm onun yoxluğu öldürməyib hələ məni..
Keçdiyim hər küçədə onun ətrini onun səsini axtarıram. Qarşıma çıxan hər insanda onun baxışını yerişini axtarıram. Ona oxşar insanlar axtarıram tapdığımda da getdiyim yerdən ayaq saxlayıb sadəcə həmin insana baxıram uzun uzun. Ona necədə oxşuyur, hərəkətləri nəcədə oxşuyur.. Bəlkə odur deyə biraz da yaxınlaşıram. Ama yad səs yad təbəssümlə qarşılaşıram. Keçirdiyim paranomiyalar məni dəli edir. Getdiyim yerlərdə sanki mənə baxırmış, hardansa sanki çıxacaq qarşıma baxacaq gözlerimə. Başımı qaldırıb ətrafıma baxa bilmirəm tez keçirəm küçələrdən. Çıxarsa qarşıma Salam verib baxarsa gözlərimə mən yenə nizamsız qeyri ixtiyari hərəkətlərlə uyğunsuz sözlərlə təbəssümeə qarşılayacam onu. Bəlkə də sözlərim onu məndən uzaqlaşdıracaq bəlkə də tam əksinə. Nə deyəcəyimi bilmədən donub qalarsam ne düşünəcək? Hələdə sevir məni, yoxsa daha sevmir danışmaq belə istəmir mənlə.. Bəlkə də heç görmək istəmir məni. Birdən gözlərim dözməsə fəryad etsə nə olacaq? O məni yenə güldürüb sakitleşdirəcək ve hecnə olmamış kimi başqa mövzular açıllacaq..
Asan sevmir insan insanı.
Bağlanmır birisinə.
Asan deyil bu qədər unutmaq..
Hecnə olmamış kimi dönüb gedərcəsinə.

Sevdiyini itirdikdən sonra anlayır insan onun dəyərini. İtirməyin bir birinizin sevgisini, itirməyin inamınızı hörmetinizi.. Sevin sevginizə sadiq olun. Imkan verməyin hec bir səbəbin sizin sevginize zərər verməsinə. Qoruyun sevginizi. Çox sevin.. Hersəy üçün çox gec ola bilər, ümid olmasa belə sevin.
Hər zaman qismətimiz üzümüzə gülməyə bilir. İnsan hər zaman sevir..



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı