ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Burada it yiyəsini tanımır!”

743

Müəllif: Nuriman Zakiroğlu

Burada it yiyəsini tanımır!

 

Marşuruta mindim, dolmağını gözlədim. Siyəzəndən Bakıya gəlirdim. Sürücü çayxanada oturmuşdu. O da oturacaqların dolmasını gözləyirdi. Mən ən arxada oturmuşdum, maşın çox köhnə idi. Qarşı oturacaqlarda iki qadın əyləşdi, söhbət edirdilər. Qarşımda molla əyləşmişdi. Sol tərəfdə də iki nəfər əllərində təsbel olan gənclər əyləşdi. Digər oturacaqlar da dolmuşdu, yanımda cəmi  1 yer boş qalmışdı. Sürücü gəldi amma kiçik bir panika yarandı. Maşının açarları itmişdi. Hər kəsin əhvalı dəyişdi. Tələsən də, tələsməyən də tələsməyə başladı. Çox vaxt belə olurdu onsuz. Maşının içərisində güzgüdən dua asılmışdı. Bundan başqa dua ilə birlikdə təsbeh və bir də balaca oyuncaq it var idi. Qarşıda əyləşənlər yerdən maşının açarlarını tapıb sürücüyə verdilər. Qara paltolu bir nəfər gəlib yanımda əyləşdi. Yerlər artıq dolmuşdu. Sürücü maşını işə saldı və hər kəs başını aşağı salıb öz işi ilə məşğul olmağa başladı. İki yaşlı kişi marşurutun qiymətlərindən gileylənirdi. Üç nəfər qız gözünü telefondan çəkmirdi. Yaşlı bir qadın da telefonda kimləsə danışırdı. Gənc oğlanlar öz aralarında iyrənc zarafatlar edirdilər. Onu deyim ki, heç də yaxşı şey danışmırdılar. İki qadın qeybət edirdi. Sürücünün yanında əyləşən iki nəfər də öz aralarında nəsə danışırdılar. Bütün bunlar sürücünün vecinə deyildi, o sadəcə maşınını sürürdü. Güzgüdən asılmış dua, təsbeh və balaca it də öz ətalətilə yellənirdi. Əlimdə olsaydı bu yazıya sevgi də qatardım amma əlimdə heç nə yoxdu. Sıxılırdım. Önümdəki molla ağzının içində dayanmadan nəsə deyirdi. Mənə elə gəlirdi ki balaca oyuncaq it kiməsə hürür. Bir anlıq özümün paranoik olduğuma inanacaqdım. “Bu it kimindisə biri onun səsini kəssin.” deyə qışqırmaq istəyirdim və elə bu an yanımda əyləşən qara paltolu adama zəng gəldi. Telefonu açdı və bir xeyli danışdı. Danışığından yadımda qalan cəmi bir cümlə oldu:
“- Burada it yiyəsini tanımır.”



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı