ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Burulğan”

720

Müəllif: Məmmədova Günel 

“Burulğan”

.. Saçlarımı hör, sevgilim!
Dolaşdır nəfəsini saçlarımın dibində

Dara kobud barmaqlarınla, tut çək, incit saçımı.

Qopar qopara bilsən bir tel, ya da bir neçə tutam

Dodaqlarımdan uçur bir şirin busə
Ya da sadəcə gülümsə..

 

 

.. Saçlarımı hör, sevgilim!
Sarılara qarışıb yox olmadan boşluğum,

Apar məni buludlara,

Çələng düzəlt mənimçün
Saçlarımı bəzəsin, hörüyümə oxşasın.

Kəpənək tut, sevgilim!

Gəlib saçımı oxşasın..

 

 

.. Saçlarımı hör, sevgilim!

Tələsmə, bildiklərini unut, bilmədiyin olsun.

Amma hardan biləsən saçlarımın dilini?
Sən heç toxunmadın, heç görmədin tifili.

Toxunanda ürpərir, doğmalaşır elə bil

İtir bütün ahəngi, sən çəkəndə əlini

Saçlarım da mənim tək xəyal qurur gecələr.

Ən çox da uzun gecələr..

 

 

.. Saçlarımı hör, sevgilim!

Yoxluğunda açmaram.

Susaram bəlkə uzun bir zaman,

Bəlkə də ölərəm bir  neçə santım.

Yuxusuz tavanlarda coşar soyuq fantaziyam.

Divarlarla sevişib buz kəsilər əllərim

Soyuq bir yudumluq öpüşlə bu aydınlıq gecədə

Aldadaram özümü..

 

 

.. Saçlarımı hör, sevgilim!

Gəlmədiyin vaqonlara calaq elə istəsən.

Düyünlər at üstünə, od vurarsan azacıq.

Biraz közündən saxla, bəlkə qonağım oldun.

Bəlkə öpmək istədin, ya da öpmə, sevgilim!

Dodaqların çirklidir, kirlətmə tellərimi.

Axı mən də çirkinəm..

.. Saçlarımı hör, sevgilim!

Başqa payıza saxla.

Bahar olmadan yox ol, bu son hörük olacaq.

Gəlmə buralara, yerin yurdun didərgin, səfillikdi boşluğun.

Həzin bir musiqi qoyub, davam edərəm yenə.

Gitarımın telinə tellərimi hörərəm.

Bu günlük səbr et mənə, nazımı çək,

Boğul, öl, qal doyunca

Bütün şerler melankolik, bütün hisslər bunalımda.
Saçlarımı hör, sevgilim!
Vaxtım yoxdu bu ara..



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı